Parket House Xidmətlər

İdeal interyer - bu, yalnız divarların, tavanların qüsursuz dizaynı, otaqlararası qapıların quraşdırılması deyil, həm də mənzilin və ya ofisin ümumi tərtib üslubuna uyğun olan döşəmə örtüyünün seçilməsidir. Buna görə mütəxəssisin köməyi olmadan bu işlərin həyata keçirilməsi qeyri-mümkündür.

"ParketHouse" şirkəti istehlakçılara döşəmə örtüklərinin istənilən növünün peşəkar seçimi və vurulması, otaqlararası qapıların quraşdırılması üzrə tam xidmət kompleksi və mənzillərin, ofislərin, şəhərkənarı evlərin təmiri prosesində zəruri olan bir sıra digər xidmətlər təklif edir.

Bizim şirkətimiz müxtəlif iş və xidmətlər təqdim etməklə müştərini məsləhət xidmətindən başlayaraq bərpa işlərinə qədər bütün spektrlə təmin edir. Bütün işlər xüsusi təlim keçmiş ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən yerinə yetirilir.

Ölçmə işləri

Ölçmə işlərinin həyata keçirilməsi üçün mütəxəssisin obyektə getməsi.

Çatdırılma

Şirkət əlavə ödəniş olmadan şəhər daxilində malın çatdırılmasını həyata keçirir.

Quraşdırma

Fəaliyyət göstərdiyimiz illər ərzində biz döşəmə örtüklərinin quraşdırılması sahəsində böyük təcrübə toplamışıq. Bu dövr ərzində peşəkar materiallardan və müasir avadanlıqdan istifadə etməklə parketin vurulması üzrə səmərəli metodların balanslaşdırılmış sistemi işlənib hazırlanıb.

Bərpa işləri

Parketin bərpa edilməsi - döşəmə örtüyünün əvvəlki gözəlliyinin qaytarılması və ömrünün uzadılmasıdır.