Texniki Məlumat
Parketin vurulması prosesi kifayət qədər çətin və məsuliyyətli işdir və onun icra keyfiyyəti yalnız parket vuran şəxsin ustalığından və bütün lazımi alət və materiallara malik olması kimi amillərdən deyil, həm də bu işi həyata keçirmək üçün hansı əsasdan istifadə olunmasından asılıdır. Bu, beton lay ola bilər, amma mütəxəssislər parketi bilmədən çılpaq betonun üzərinə vuraraq əksər hallarda lay və parket arasında aralıq qatı kimi adi fanerdən istifadə edirlər. İndi parketin fanerin üzərinə necə vurulması barədə ətraflı məlumat verməyə çalışacağıq. Əsas kimi faner təbəqələrdən istifadə olunması bir sıra danılmaz üstünlüklərə malikdir. Birincisi, onların köməyi ilə çox da hamar olmayan beton layı hamarlamaq, döşəmədə üfüqi düz səth yaratmaq olar. İkincisi, faner əlavə istilik izolyasiyasını təmin edir. Qaralama faner döşəmə iki variasiyada yerinə yetirilə bilər. Onlardan birincisi – faner təbəqələrin tirlər üzrə düzülməsidir. Fanerin vurulmasının ikinci variantı - bu prosesin bilavasitə beton əsas üzərində həyata keçirilməsidir. Bu variant yalnız tamamilə hamar beton lay olduqda mümkündür.
Müxtəlif tipli binalarda evlərin təmiri zamanı bir çox ev sahiblərinin üzləşdikləri əsas problemlərdən biri döşəmə konstruksiyasının səbəb olduğu soyuqla bağlıdır. Yuxarıda qeyd olunan problemi bizə isti döşəmənin quraşdırılması, daha dəqiq desək, döşəmə konstruksiyasının xüsusi qızdırılması sisteminin quraşdırılması həll etməyə imkan verir. İsti döşəmə üçün texnoloji parket - evinizi isti və gözəl etmək üçün real imkandır. Bir çox insanların "isti döşəməyə texnoloji parketi vurmaq olmaz" kimi fikirlərinin əksinə olaraq biz bunun mümkün olduğunu iddia edirik!
Heç kimə sirr deyil ki, döşəmə həmişə mənzildə ən çox istismar edilən sahələrdən biri olub. Məhz bu səbəbdən o, öz əvvəlki cazibədarlığını tez itirə bilər ki, bu da nəticədə təmirə gətirib çıxaracaq. Əksər hallarda şəhər mənzillərində döşəmə örtüklərinin aşağıdakı növlərinə rast gəlmək olar: plitə-lövhə, xalça örtük, parket və linoleum. Bütün göstərilən örtüklər arasında parketin bərpası ən zəhmət tələb edən işdir. Obyektin tam təmiri zamanı parket döşəmənin işlənməsi də daxil olmaqla bərpa işlərini ən sonda həyata keçirmək tövsiyə edilir. Parketin bərpası prosesi bir neçə əsas mərhələdən ibarətdir: döşəmənin təmiri (laxlama, cırıltı, çatlar və sair) təmiri və ya qüsurların aradan qaldırılması, parketin laklanmaya hazırlanması, həmçinin parket döşəmənin bilavasitə laklanması.