Şirkət haqqında

"ParketHouse" şirkəti 2003-cü ildən parket, parket kimyası və otaqlararası qapıların satışı üzrə ixtisaslaşıb. Bu vaxt ərzində mütəxəssislərimiz parket materialları və texnologiyalar bazarını kifayət qədər yaxşı öyrənib, parket və qapı istehsalı üzrə məşhur dünya şirkətləri ilə işgüzar əlaqələr qurub, məhsul çeşidini və göstərilən xidmətlərin spektrini əhəmiyyətli dərəcədə genişləndiriblər.

Dünyanın digər aparıcı Weitzer Parkett (Avstriya), STP (Ispaniya), Garbelotto (Italiya), Bauwerk (İsveçrə), STAKI (Litva), Bona (Almaniya), New Design Porte (Italiya), SJB (Italiya) istehsalçıları ilə çoxillik əməkdaşlıq bizə alıcılara ən yüksək keyfiyyətli parket məhsulları və otaqlararası qapıların geniş çeşidini təklif etməyə imkan verib.

Bu gün "ParketHouse" şirkəti öz məhsullarını iki ixtisaslaşdırılmış salonda təklif edir. Siz mağazamızda aparıcı Avropa brendlərinin müxtəlif üslubda, tipdə və rəngdə döşəmə örtüklərini və müşayiətedici mallarını əldə edə bilərsiniz.

Çeşid

"Parket House" mağazasının təqdim etdiyi çeşid mənzilinizin, ofisinizin və ya başqa obyektin interyerini istənilən müasir üslubda tərtib etmək üçün unikal imkan yaradır. Siz mağazamızda ən yüksək keyfiyyətli döşəmə örtüklərinin bütün növlərini tapacaqsınız, o cümlədən:

  • Massiv və texnoloji parket
  • Mozaika parket
  • Dekinq
  • Plintuslar ( taxta və təbii şpondan)
  • Parket kimyası

Şirkətin məhsul çeşidində klassik döşəmə örtüklərindən başqa, eksklüziv həllər: dəri döşəmələr, hamam otaqları və hovuzlar üçün döşəmələr, eləcə də taxta divar panelləri kimi qeyri-adi həllər, təbii ağacdan mozaikalar, divarların dekorasiyası üçün dərilər də təqdim edilib.

Şirkətimizə müraciət etməklə Siz təqdim edilən xidmətin yüksək keyfiyyətinə, parket və qapı seçiminə təcrübəli yanaşmaya, əməkdaşlarımızın hər bir alıcının sorğusuna göstərdiyi diqqətli münasibətə əmin olacaqsınız.

Biz zahiri görünüşü, uzunömürlülüyü, istifadədə asanlığı və bir çox başqa amilləri nəzərə alırıq. Əmin olun: Siz öz eviniz üçün ən yaxşı seçimi etmisiniz.

Məqsədimiz - əməkdaşlığımızın hər bir mərhələsində sizə kömək etməkdir.