New Design Porte

NewDesignPorte qapıları istedadlı italyan ustaları tərəfindən hazırlanır. Bu zaman ağacın emalında qədim ənənələrə riayət olunur və yüksək texnologiyalara əsaslanan üsullardan istifadə edilir.

NewDesignPorte qapı konstruksiyaları ənənəvi vasitələrdən - patin, arı mumu və ustalar tərəfindən əl ilə yerinə yetirilən klassik bədii dekor üsullarından istifadə olunmaqla işlənir. Belə yanaşma hər bir qapının unikallığını və individuallığını təmin edir.

Materialın təbii fakturası, ağacın süni “köhnədilmiş”, Venesiya naxışları, bədii oyma və həndəsi ornamentlərdən istifadə kimi müxtəlif dekor üsulları hər bir məmulatı unikal və təkrarolunmaz edir.