Massiv parket

Bizim üçün ənənəvi olan taxta döşəmə hazırda ikinci inkişafını yaşayır. Müasir səviyyədə o, yapışqansız bütöv qiymətli ağac növünün iri formatlı lövhələrindən hazırlanır. Belə döşəmə xüsusi zərifliyi, möhkəmliliyi, uzunömürlülüyü ilə seçilir. Bu, heç vaxt dəbdən düşməyəcək klassikadır. Təbii ağac allergik reaksiyaya səbəb olmur, o, nəfəs alır, çünki orqanik materialdır və əla istilikkeçirmə qabiliyyətinə malikdir. Hal-hazırda tam şəkildə zavodda hazırlanmış (cilalanmış və ultrabənövşəyi şüanın təsiri altında bərkiyən lak çəkilmiş və ya yağ hopdurulmuş və mumla emal edilmiş) massiv parket getdikcə geniş yayılır. Ənənəvi Avropa ağac növləri – palıd, ağcaqayın, göyrüş, qoz və s. ilə yanaşı, ekzotik növlər - venqe, iroko, tik və s. də mövcuddur.

Massiv parket müəyyən ölçülərə malik bütöv ağacdan hazırlanan eynicinsli düzbucaqlı lövhədir. Massiv parketin tirləri birləşdirici profillə frezlənir. Daxili gərginliklərin çıxarılması üçün lövhənin əks tərəfində uzununa mişarlanmalı yerlər - dəliklər açılır. Massiv parket müəyyən edilmiş və uyğunlaşdırılmış uzunluqlarda olur.

Bir çox hallarda massiv parket hər hansı bir xüsusi emaldan keçmədən, sadəcə cilalanaraq və qoruyucu lak və ya yağ çəkilərək tədarük olunur. Ancaq bu gün istehsalçıların təqdim etdikləri çeşidin böyük hissəsini bu və ya digər dekorativ uyğunlaşdırılmış emala məruz qalmış massiv parket təşkil edir.

  1. STAKİ
  2. Garbelotto

Interyer

При выполнении скрипта возникла ошибка. Включить расширенный вывод ошибок можно в файле настроек .settings.php