Dekinq

Dekinq - açıq havada istismar üçün nəzərdə tutulmuş sərt döşəmələrin vurulduğu tikinti materialıdır. O, müxtəlif hava şəraitinə dayanıqlı olma xüsusiyyətinə görə fərqlənir. Massiv dekinq keyfiyyət və uzunömürlülüyünə görə qiymətləndirilir. DPK-dən hazırlanan dekinqdən fərqli olaraq, ağacdan olan dekinq dəyirmi formalı örtüklər yaratmağa imkan verir və bu formanı kompozit dekinq tətbiq etməklə əldə etmək praktiki olaraq mümkün deyil. Ağacın təbii fakturası təkrarolunmaz üslub yaradır və müəssisənin və ya şəxsi malikanənin xüsusi statusunu vurğulayır. Yalnız dizaynerin və memarın fantaziyası taxta dekinq tətbiq sahəsini məhdudlaşdırır.

Dekinq terrasların, limanların tikintisi və dekorasiyasında istifadə olunur. Saunalar, hovuzlar çox zaman bu cür döşəmə ilə döşənir. Dekinq tətbiq edilmə sahəsi olduqca genişdir, çünki o, evin və ona bitişik tikililərin keyfiyyətli dekorasiyası üçün bir çox lazımi xüsusiyyətlərə malikdir. Dekinq rütubətə davamlılığı, möhkəmliyi ilə fərqlənir, külək və günəş şüaları onun üçün qorxulu deyil. Məhz bu səbəbdən hövuza yaxın olan və ya rütubətli iqlimdə yerləşən, yağış, soyuq və döşəmə üçün az faydalı olan digər amillərin təsirinə məruz qalan açıq meydançaların dekorasiyasında dekinqdən istifadə etmək tövsiyə olunur.

Dekinqın səthi elə hazırlanır ki, onun üzərində hətta leysan yağış zamanı da sürüşmək mümkün deyil. Yaxşı dekinq öz xarici görünüşünü və xüsusiyyətlərini uzun illər qoruyub saxlayır.

Keyfiyyətli xammal düzgün emal olunduqda və daha sonra xüsusi bərkitmə vasitələrinin köməyi ilə quraşdırıldıqda dekinq təbii ağacın gözəl görünüşünü uzun müddət qoruyub saxlayacaq.

Dekinq İpe

Braziliya fındığı (lapaço, ipe, dəmir ağacı) yüksək sıxlıqlı ağır ağac növlərinə aiddir. Cənubi və Mərkəzi Amerikada bitir. İpe ağacının tərkibində təbii konservant olan yüksək konsentrasiyalı yağlı maddələr var. Məhz bu səbəbdən ipe ağacından hazırlanan dekinq 40 ildən çox xidmət edir və bu zaman əvvəlki estetik və istismar xüsusiyyətlərini itirmir.

İpe ağacından hazırlanan emal olunmamış dekinq təbii rəngini (bej və ya açıq-sarı) qoruyub saxlayır, zamanla qaralır. Emal olunduqdan və yağ çəkildikdən sonra döşəmə şokolad çaları (tabako) əldə edir. Təbii material rütubətin təsirinə davamlıdır, çürümə proseslərinə məruz qalmır.

Ondan həm xüsusi sahələrdə, həm də gediş-gəlişin və ağırlığın çox olduğu yerlərdə - restoranlar və istismar edilən damlarda terraslar və eyvanlar üçün gözəl və möhkəm döşəmələr alınır.

Termik emal edilmiş göyrüş

Ən məşhur ağac növlərindən biri göyrüşdür. Bu ağac növünün malik olduğu bir sıra yüksək keyfiyyətli xarakteristikaları ona yüksək tələbatı təmin edib. Rəng və ölçü baxımından möhkəm, etibarlı və sabitdir. Bundan başqa, göyrüş estetik nöqteyi-nəzərdən olduqca cəlbedici materialdır. Onun təbii naxışı öz aralarında kəsişən aydın, incə və geniş xətlərə malikdir. Termoemal onsuz da möhkəm olan ağacı yalnız daha da gücləndirir. Termik emal prosesində ağac buxarın təsiri altında yanma temperaturundan çox qızır. Bu texnologiya göyrüşə əlavə möhkəmlik verməklə molekulyar səviyyədə faydalı dəyişikliklər etməyə imkan verir. Bundan başqa, termoağac göbələklərin, kifin və digər xoşagəlməz törəmələrin yaranmasına səbəb olan müxtəlif mikrorqanizmlərdən xilas olur. Termik emal edilmiş göyrüş temperatur dəyişikliklərinə, sürtülməyə, çürüməyə və qurumağa qarşı dözümlüdür.

Tik

TİK ağacı massivindən hazırlanan dekinq interyerlərin bəzədilməsində geniş istifadə edilir. Tik ağacı Cənub-Şərqi Asiyada bitir. Əsas tonu sarımtıl-qəhvəyidir, qara çaların demək olar ki, daha çox nəzərə çarpdığı düzxətli struktura malikdir. Ağacın sıxlığı 660 kq/m3-dir. Ağacın tərkibində olan kauçuk onun yüksək sukeçirməmə qabiliyyətinə, sürtülməyə qarşı yüksək möhkəmliyə malik olmasını təmin edir. Tikdən hazırlanan emal olunmamış lövhəni ələ götürərkən onun yüksək yağlılığını hiss etmək olar. Tik ağacının tərkibində olan tektol göbələklərin və həşəratların, xüsusilə termitlərin hücumlarına davamlılığı təmin edir. Tikdən hazırlanan dekinq terras döşəmələrinin vurulması, fasadların üzlənməsi, gəmi göyərtələrinin inşasında mükəmməl seçimdir.

Iroko

Afrika qitəsinin iri meşələri unikal ekzotik ağac növü olan iroko ilə zəngindir. Qızmar iqlimə görə bu ağac müxtəlif əlverişsiz atmosfer təsirlərinə qarşı möhkəm immunitetə malikdir. Ağacın strukturunda yağların zəngin olması onun su və rütubətdən etibarlı müdafiəsini təmin edir, çürümə, quruma, göbələk, kifin əmələ gəlməsi və deformasiyaya uğramaqdan qoruyur. Ağacın bu növü müxtəlif ziyanvericilərə, o cümlədən termitlərə qarşı da dayanıqlıdır. Məhz bu səbəbdən iroko ağacı material kimi xarici istifadə, xüsusilə terras döşəmələri, mansardalar, habelə mebellər, bar piştaxtaları və bir çox başqa məqsədlər üçün əvəzolunmazdır. İroko möhkəmliyinə görə müqayisə edilə bilən və ən möhkəm ekzotik ağac növlərindən biri olan tik ağacından heç də geri qalmır.

Interyer

При выполнении скрипта возникла ошибка. Включить расширенный вывод ошибок можно в файле настроек .settings.php